Millimiz Ümumdünya Şahmat Olimpiadasında mübarizəni dayandırdı: Dramatik qarşılaşmada Polşa qalib oldu

23:00 28-08-2020 581

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda mübarizə aparan Azərbaycan komandası 1/4 finalda mübarizəni dayandırıb.

HerGun.Az xəbər verir ki, yığmamız Polşa ilə üz-üzə gəlib.

İlk görüşdə Polşa yığması 4:2 hesablı qələbə qazansa da, ikinci görüş yığmamızın xeyrinə başa çatıb – 4.5:1.5.

Həlledici görüşdə Günay Məmmədzadə ilk matçda heç-heçə oynayıb, ikinci oyunda qalib gəldiyi Monika Soçko qarşılaşıb və bu dəfə rəqibinə uduzub. Bununla da Azərbaycan Şahmat Olimpiadasında mübarizəni dayandırıb.

Azərbaycan - Polşa 2:4

Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda 0:1

Rauf Məmmədov - Radoslav Voytaşek 0:1

Günay Məmmədzadə - Monika Soçko 0,5:0,5

Gülnar Məmmədova - Karina Sifka 0:1

Vüqar Əsədli - Şimon Qumularz 0,5:0,5

Xanım Balacayeva - Alisa Sviliçka 1:0

Azərbaycan - Polşa 4,5:1,5

Xanım Balacayeva - Alisa Sviliçka 0:1

Teymur Rəcəbov - Yan-Kşiştof Duda 0,5:0,5

Ülviyyə Fətəliyeva - Karina Sifka 1:0

Vüqar Əsədli - Şimon Qumularz 1:0

Rauf Məmmədov - Radoslav Voytaşek 1:0

Günay Məmmədzadə - Monika Soçko 1:0 

1/4 final mərhələsinin digər görüşlərində Hindistan Ermənistanı, Rusiya Macarıstanı, ABŞ isə Ukraynanı məğlub edib.

Polşa yarımfinalda Hindistanla, Rusiya isə ABŞ-la qarşılaşacaq.