Dünyanın ən varlı adamına evinin qarşısına gilyotin qoyaraq etiraz etdilər - VİDEO

03:40 29-08-2020 485

Yüzdən çox etirazçı Vaşinqtonda dünyanın ən varlı adamı Ceff Bezosun evinin qarşısına toplaşıblar.

“Business Insider” xəbər verir ki, onlar “Amazon”un işçilərinin maaşlarının azlığına etiraz olaraq onun qapısının önünə gilyotin qoyublar.

Bu, Bezosun sərvəti 200 milyard dolları keçdikdən sonra baş verib. Etirazçılar minimum əmək haqqını saatda 15 dollardan 30 dollara qaldırmağı tələb ediblər.

“Bezos saniyədə 4000 dollar qazandığı halda, saatı 30 dollar olan minimum əmək haqqına layiq olmadığımıza dair heç olmasa bir səbəb deyin”, -  etirazçıların lideri və “Amazon”un keçmiş əməkdaşı Kristian Smolls bildirib.