Bakıda bir nəfər köməksiz qaldı

09:40 29-08-2020 529

Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər liftdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən bir nəfərin liftdən çıxarılması təmin edilib.