Dünyanın ən böyük hotel şəbəkələrindən birinə sahib olan şirkət 18 min işçisini ixtisar edir

11:00 29-08-2020 455

Dünyanın ən böyük kazino və hotel şəbəkəsindən biri hesab olunan “MGM Resorts International” koronavirus pandemiyası fonunda yaranan iqtisadi itkilərə görə, 18 min işçisini ixtisar etməyə hazırlaşır.

Bu barədə CNBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, işdən çıxarılma barədə xəbərdarlıq məktubu işçilərə elektron poçtla göndərilib.

“MGM Resorts International” şirkətinin rəhbəri Bill Hornbakl bildirib ki, əməkdaşlarına bu xəbəri çatdırmaq onu çox kədərləndirir və şirkət gecə-gündüz işçilərini geri qaytarmağın yollar arayır.