Ermənistan ordusunda koronavirusa kütləvi yoluxma var - RƏSMİ

12:00 29-08-2020 377

Azərbaycanın işğal olunmuş ərazilərində dislokasiya edilmiş Ermənistan ordusunun şəxsi heyəti arasında koronavirusa kütləvi yoluxma halları var.

HerGun.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, işğalçı ordu qüvvələri Ermənistanla işğal olunmuş ərazilərdə daimi hərəkətdə olduqları üçün yoluxma halları artır.

Könül Cəfərli