Teymur Rəcəbov müalicə alır

13:05 13-10-2018 9
loading...

Xəbər verdiyimiz kimi, dünəndən etibarən Yunanıstanda klublararası Avropa çempionatı start götürüb.

Millimizin və Avropa çempionatında iştirak edən “Odlar Yurdu” klubunun aparıcı üzvlərindən olan Teymur Rəcəbov son anda Yunanıstana aparılmayıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov HerGun.Az-a açıqlamasında bunun səbəbini onun müalicə alması ilə əlaqələndirib.

O bildirib ki, Rəcəbov Şahmat Olimpiadasından sonra özü bu istəklə çıxış edib.

Qeyd edək ki, Teymur Rəcəbovu bu yarışda Cahangir Ağarəhimov əvəzləyib. Lakin Ağarəhimov həm də “Odlar Yurdu”nun kişi komandasının kapitanıdır. Buna görə onun yarışda oyunçu kimi mübarizə aparması real görünmür.

Səbuhi MUSAYEV