Azad edilmiş keşiş Trampla görüşəcək

13:15 13-10-2018 8
loading...

Keşiş Edryu Branson oktyabrın 13-də ABŞ prezidenti Donald Trampla görüşəcək. 

HerGun.Az Vesti.ru-ya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Tramp bildirib ki, keşiş yaxşı vəziyyətdədir və tam yoxlanılması üçün Almaniyadadır. 

O, Almaniyaya xüsusi reyslə gətirilib, daha sonra isə buradan Vaşinqtona gedəcək. 

Branson işi ABŞ və Türkiyə arasında münasibətləri gərginləşdirmişdi. Keşiş 2016-cı ildə terrorçuluq ittihamı ilə Türkiyədə həbs olunmuşdu. Buna cavab olaraq, ABŞ hökuməti türkiyəli nazirlər Əbdülhəmid Gül və Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etmişdi. 

HerGun.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar