Şəkidə qəza baş verib, dörd nəfər xəsarət alıb

19:20 29-08-2020 395

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri Bəxtiyar Vahabzadə küçəsində baş verib.

Ötmə əməliyyatı yerinə yetirən “Tofaş” markalı avtomobil qarşıdan gələn “Nissan Tiida” markalı avtomobilin sağ tərəfinə dəyərək yoldan çıxıb və ağaca çırpılıb.

Nəticədə “Tofaş”da olan sürücü də daxil dörd nəfər – 17 yaşlı Mikayıl Cəbrayılov, 15 yaşlı Abdulla Əhmədov, 28 yaşlı Vüsal Abdulxalıqlı və 21 yaşlı Elvin Lətifov xəsarət alıblar.

Yaralıları avtomobildən çıxararaq Şəki RMX-na çatdırıblar. Xəstəxanada yaralılara ilkin tibbi yardım göstərilib. Hazırda onların müayinəsi və müalicəsi davam etdirilir. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.