Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu keçdi

20:40 29-08-2020 430

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 25 milyonu ötüb.

Son məlumatlara görə, hazırda bu rəqəm 25 015 971-ə çatıb.

İndiyə qədər COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 843 120 nəfər vəfat edib.

Yoluxanlardan 17 382 787 nəfər isə sağalıb.

Dünyada ən çox yoluxma halları ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.