Arı “istilası”na məruz qalan şəxsin bədənindən 400 “iynə” çıxarıldı - FOTO/VİDEO

07:00 30-08-2020 566

Arı “istilası”na məruz qalan şəxsin bədənindən 400 iynə çıxarılıb.

“Daily Mail”in məlumatına görə, hadisə Çində baş verib.

Fermer qadın təsərrüfat işləri zamanı hücuma məruz qalıb. Xəstəxanaya o, qorxmuş qohumları tərəfindən gətirilib.

Həkimlərin sözlərinə görə, 400 arı iynəsini çıxarmaq bir saatdan artıq vaxt alıb.

Hazırda qadının vəziyyətinin stabil olduğu vurğulanır.