Qızı intihardan çəkindirmək istəyərkən bıçaqladı

09:00 30-08-2020 448

Kişi keçmiş sevgilisini intihardan çəkindirmək istəyərkən onu bıçaqlayıb.

“Nippon News Network”un məlumatına görə, qəribə hadisə Yaponiyanın Fudzisava şəhərində baş verib.

Məlumata görə, 27 yaşlı gənc 22 yaşlı qızın boğazını kəsib. Yaralı xəstəxanaya yerləşdirilib.

Kişi isə qətlə cəhd şübhəsi ilə saxlanılıb.

Şübhəli isə qızı öldürmək istəmədiyini, əksinə onun intihar etməyinin qarşısını almağa çalışdığını deyib.