Sumqayıtdan özünü 15-ci mərtəbədən atmaq istəyən adamı fikrindən daşındırdılar

09:40 30-08-2020 425

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində bir nəfər onbeşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə FHN-dən məlumat verilib. 

Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.