Sumqayıtda maşın aşdı, yaralı var - FOTO

11:00 30-08-2020 407

Sumqayıtda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Koroğlu prospektində baş verib.

Belə ki, hərəkətdə olan “Volksvagen Passat” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb.

Hadisə nəticəsində sürücü 1963-cü il təvəllüdlü Mirzəyev Gülbala Balaş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və o xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.