Lukaşenko yenidən əlinə avtomat alıb ictimaiyyət qarşısına çıxdı - FOTO
20:40 30-08-2020 359
Belarus Prezidenti Aleksandr Lukaşenko əlində avtomat iqamətgahının qarşısına çıxıb.
“RİA Novosti”nin məlumatına görə, Lukaşenkonun hadisə yerindən fotosunu prezidentin mətbuat katibi Natalya Eysmont mətbuat nümayəndələrinə göndərib.
Qeyd edək ki, bu gün də müxalifətin paytaxt Minskdə aksiyası davam edir. Aksiya iştirakçıları Lukaşenkonun rezidensiyasının qarşısına yığışıblar.