Bakıda dostları ilə yeyib-içən ata beş yaşlı oğlunu çimərlikdə unutdu - VİDEO

00:40 31-08-2020 407

Bu gün Novxanı çimərliyində beş yaşlı uşaq atası tərəfindən unudulub.

Hadisə barədə xəbəri televiziya aparıcısı Firəngiz (Fira) Cəlilova sosial media hesabında paylaşıb. 

Aparıcı bildirib ki, övladları ilə çimərlikdə vaxt keçirdiyi zaman azyaşlı oğlanın həyacanla dənizin kənarı ilə qaçdığını görüb:

“Əlində pivə butulkası ilə sahilboyu qaçan balaca oğlan uşağı diqqətimi cəlb etdi. Uşaq ağlaya-ağlaya gah dənizə girir, gah da sağa-sola baxıb, kimisə axtarırdı. Yaxınlaşıb kimi axtardığını soruşmaq istədim, körpə qorxub dənizə girdi. Düzü, özüm də qorxdum. Ona tərəf getsəydim, uşaq daha dərinə gedib, bata bilərdi. Böyük oğlum Nicatdan ona yaxınlaşıb oynamağı, kimi axtardığını öyrənməsini xahiş etdim. 10-15 dəqiqədən sonra uşaqla dil tapa bildik.

Uşaqdan “dənizə kimlə gəlmisən” soruşanda “atamı dənizdə kayıb etdim” deyib, hönkürüb ağladı.

Düzü, bu dəfə uşağın atasının dənizdə batdığını ehtimal edib, narahat oldum.

Söhbətin üstündən 45 dəqiqə keçmişdi. Artıq itmiş atanın axtarışı üçün adiyyəti qurumlara müraciət etməyi düşünürdüm ki, kənardan bir kişinin bizə yaxınlaşdığını gördüm. İtmiş ata tapılmışdı. “Məsuliyyətli” ata üç dostu ilə yaxşı yeyib-içdikdən sonra beş yaşlı körpəni sahildə tək-tənha qoyub, dənizə çimməyə gedib.