Meqan Markla milyonluq iş təklifi

04:00 31-08-2020 358

“Spotify” musiqi şirkəti tərəfindən Meqan Markla və onun həyat yoldaşı şahzadə Harriyə podkastlar (rəqəmsal media fayl) üçün prodüser qismində çıxış etmək təklif olunub.

Bu barədə “Daily Mirror” məlumat yayıb. 

Bildirilib ki, şirkət rəsmiləri M.Marklın nümayəndəsi ilə gələn həftə əlaqə yaradacaq.

Qeyd olunub ki, bundan əvvəl “Spotify” ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ilə analoji sövdələşməni həyata keçirib. Həmin təcrübə uğurlu qiymətləndirilib.