Əvvəlcə atasından halallıq istədi, sonra onu öldürdü - FOTO

08:00 31-08-2020 413

Türkiyədə kişi atasını amansızlıqla qətlə yetirib.

Sondakika.com-un məlumatına görə, hadisə Qaziantep şəhərində baş verib.

Belə ki, atası ilə danışmaq üçün onun evinin önünə gələn Fərhad B. adlı şəxs daha sonra mübahisə etdiyi atasından halallıq istəyib və silahından altı dəfə atəş açıb.

Hadisə zamanı ata Mehmed B. ağır yaralanıb.O xəstəxanaya yerləşdirilsə də, həyatını itirib.

Qətli törədən oğul isə polislər tərəfindən tutulub.