Şahzadə Çarlz və xanımı Kamillanın gizli oğlu ortaya çıxdı - FOTO

07:00 28-04-2021 352

Avstraliyada Saymon Dorani Dey adlı şəxs özünün Şahzadə Çarlz və Kamilla Rozmarinin oğlu olduğunu iddia edir.

Bu barədə “Daily Star” xəbər yayıb.

O, kral ailəsi ilə əlaqəsi olan ailə tərəfindən övladlığa götürülüb və uşaq vaxtı Portsmutda yaşayıb. 55 yaşlı kişi jurnalistlərə açıqlamasında bildirib ki, sarayda işləyən nənəsi dəfələrlə şahzadəsi Çarlz və Kamilanın onun gizli bioloji valideynləri olduğunu deyib.

Dorani Dey şahzadə Çarlzın sevgilisi ilə gənclik illərində yaxınlaşdığına, özünün isə bu məhəbbətin meyvəsi olduğuna dair dəlillər təqdim etməyə hazır olduğunu bildirib. O, övladlığa götürmə sənədlərinin onun analığının əli ilə yazıldığını iddia edir və övladlığa götürmə hekayəsinin başdan sona qədər yalan olduğuna dair dəlilləri olduğunu bildirib.

O, Avstraliya Ali Məhkəməsində Vindzor sülaləsinə mənsubluğunu müdafiə etmək niyyətindədir.

“Onlar (kral ailəsi) həqiqəti bildiyi halda mənim mübarizə aparmaq məcburiyyətində qalmağım ədalətsizlikdir!”, - deyə o, vurğulayıb.

Dorani-Dey əmin olduğunu bildirib ki, Bukinhem sarayının nümayəndələri nə qədər çox onun kimliyini inkar etsələr, sonda o qədər pis vəziyyətdə qalacaqlar.