“Qremmi” mükafatı yeni qaydalarla təqdim olunacaq

04:20 03-05-2021 504

2022-ci ildə təqdim olunacaq “Qremmi” mükafatlarında bir sıra yeniliklər tətbiq ediləcək.

Bu barədə Milli Səsyazma Akademiyasından məlumat verilib.

Məlumata əsasən, 4 ən vacib nominasiya üzrə namizədləri seçən gizli komitələr ləğv olunacaq. 1989-cu ildən bəri fəaliyyət göstərən bu komitələrə 15-30 nəfərdən formalaşdırılırdı. Bundan sonra “Ən yaxşı yeni artist”, “İlin mahnısı”, “İlin səs yazısı” və “İlin albomu” nominasiyalarının iştiakçılarını akademiya üzvləri seçəcəklər.

Bununla yanaşı, “Ən yaxşı qlobal musiqili çıxış” və “Ən yaxşı Musica Urbana albomu” adlı yeni nominasiyalar peyda olacaq.

Qeyd edək ki, növbəti “Qremmi” mükafatları yanvarın 31-də təqdim olunacaq.