İnternet fenomeni olmaq üçün gördükləri iş hər kəsi şoka saldı - FOTO/VİDEO

05:00 04-05-2021 519

Sosial şəbəkədə fenomenə çevrilmək istəyən 14 və 15 yaşlarında iki qız özlərindən balaca qızları döyüb kadrları internet aləmində paylaşıblar.

“Haber Global”ın məlumatına görə, hadisə İzmirdə baş verib. Həmin vaxt hücumçuların yanında olan üç yeniyetmə oğlan da baş verənləri telefonun kamerası ilə qeydə alıb.

Təqribən 10 dəqiqədən sonra hücumçular hadisə yerindən uzaqlaşıblar.

Uşaqların ailələrini polisə müraciət ediblər.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb. Hücumçuların bundan əvvəl də oxşar video paylaşdıqları ortaya çıxıb.