Qvardiola Arsen Venger və Mourinyoya çatdı

05:00 06-06-2021 427

İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola sonuncu mövsüm üçün İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi elan edilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bununla da 50 yaşlı futbol mütəxəssisi üçüncü dəfə Premyer Liqanın ən yaxşı məşqçisi adına layiq görülüb.

Xosep Qvardiola bu göstərici ilə “Arsenal”ın və “Çelsi”nin sabiq baş məşqçiləri – Arsen Venger və Joze Mourinyoya çatıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasınında bu ada ən çox (11 dəfə) layiq görülən baş məşqçi Aleks Ferqyusondur.