Millimiz Moldovaya qarşı: Oyun başladı - YENİLƏNİB

20:00 06-06-2021 379

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb. 

HerGun.Az xəbər verir ki, yığmamız Kişinyovda Moldova millisi ilə qarşılaşır.

Oyuna start verilib. 

19:11

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.

HerGun.Az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Moldova yığmasıyla qarşılaşacaq.

Kişinyovda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Artıq hər iki komandanın start heyəti açıqlanıb.

Moldova: 23. Avram, 3. Boloqan, 5. Posmak, 4. İqor Armaş (kap.), 15. İon Jardan, 22. Ratsa, 18. Dros, 17. Belousov, 14. Kostrov, 20. Platika, 9. Damaşkan

Azərbaycan: 23. Mehdi Cənnətov, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 7. Namik Ələskərov

Qeyd edək ki, yığmamız bundan əvvəlki yoxlama oyunlarında Türkiyəyə 1:2 hesabıyla uduzub, Belarusa isə 2:1 qalib gəlib.