Tramp Kim Çen Inı “başqa tipli oğlan” adlandırdı

03:00 07-06-2021 342

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen Inın xüsusi olduğunu bildirib.

“RİA Novosti” xəbər verir ki, amerikalı siyasətçi Respublikaçıların Şimali Karolinada keçirilən qurultayı zamanı Şimali Koreyanın dövlət başçısı ilə aralarında yaxşı münasibətin olduğunu qeyd edib.

“Hər şey bir qədər sərt başladı, amma sonradan biz çox yaxşı anlaşdıq. O, mənim xoşuma gəldi, mən də onun. O, başqa tipli oğlandır. Onunla danışmaq üçün də başqa tipli oğlan lazımdır. Amma biz onunla dil tapdıq”, - deyə Tramp bəyan edib.