Çexiya polisi keçirdiyi əməliyyata məşhur boksçunun adını verib

07:00 07-06-2021 378

Çexiya polisi ölkədəki etnik ukraynalılardan ibarət cinayətkar dəstəyə qarşı operativ əməliyyat keçirib.

“Idnes” nəşri yazır ki, əməliyyata 100-dək polis və 50-dək gömrük əməkdaşı cəlb olunub. Əməliyyatçılar eyni anda 20 binaya daxil olub və nəticədə mütəşəkkil dəstənin rəhəri, onun ailə üzvləri və əlaltıları saxlanılıb.

Maraqlı məqam isə ondan ibarətdir ki, əməliyyat tanınmış ukraynalı boksçu, hazırda isə Kiyev şəhərinin meri olan Vitali Kliçkonun şərəfinə “Kliçko” adlandırılıb.