Binəqədi sakinlərinə qənim kəsilən oğru ələ keçdi - VİDEO

13:09 12-02-2019 4

Binəqədi Rayon Polis İdarəsi, 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində avtomobillərin şüşələrini qıraraq, nəqliyyat vasitələrinin salonlarından oğurluqlar edən paytaxt sakini Rövşən Novruzov tutulub. 

Bu barədə HerGun.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı onun 20-yə yaxın avtomobildən pul, telefon və digər qiymətli əşyalar oğurladığı müəyyən edilib.

R.Novruzov ifadəsində Binəqədi rayonu ərazisində bina evlərinin saxlanc yerlərindən 10 ədəd velosiped oğurladığını da etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar