Mehriban Xanlarova: Körpədən sidik iyi gəlsə də, iyrənmədim - VİDEO

16:45 12-02-2019 15

Ötən gün ATV-də yayımlanan “Bizimləsən” verilişinə yaşlı qadın körpə oğlan uşağı ilə bağlı müraciət edib. 

Onun sözlərinə görə, anası olduğunu deyən qadın körpəni başqa qadının yanında qoyub gedib. İki aydır ki, uşağın anasından bir xəbər yoxdur. Verilişin aparıcısı Zaur Baxşəliyev yeni bir ehtimal ortaya çıxarıb.

“Bəlkə, bu uşaq heç bu qadının öz uşağı deyil. Onu hardansa oğurlayıb, bu xanıma verib və indi gizlənir”.

Bu ifadəyə verilişdə olan ekspertlər də biganə qalmayıblar. Onlar bu faktın nə dərəcədə doğru olub-olmamasını araşdırmasını Zaurdan xahiş ediblər.

Z.Baxşəliyev qucağında körpə ilə olan fotonu rejissorlardan ekrana gətirilməsini rica edib.

“Kim bu qadını tanıyırsa, bizimlə əlaqə yaratsın. Bu xanımı axtaraq, tapaq”.