“Roma” Portuqaliya çempionunu məğlub etdi - VİDEO

02:09 13-02-2019 17

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanına start verilib.

HerGun.Az xəbər verir ki, İtaliyanın paytaxtı Romada yerli komanda ilə Portuqaliyanın “Portu” klubu üz-üzə gəlib.

Gözlənildiyi kimi, bu görüşdən “Roma” qalib ayrılıb – 2:1. Qollar 70-79-cu dəqiqələrdə vurulub. Meydan sahiblərindən Nikolo Zaniolo dubl edib. Portuqaliyalılar isə Adrian Lopeslə fərqi azaldıb.

Qeyd edək ki, komandaların cavab görüşü martın 6-da Portuqaliyada keçiriləcək.

Səbuhi MUSAYEV 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar