Bakıda ağır qəza: ölən var - VİDEO

09:36 13-02-2019 25

Gecə saatlarında paytaxtın Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın xəbərinə görə, qəza Dərnəgül prospekti, “Çermet körpüsü” adlanan ərazidə qeydə alınıb.

Çin istehsalı olan, 90 PH 772 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Qurbanov Azər Əjdər oğlu maşını körpünün istinad divarına çırpıb. 

Nəticədə, avtomobildə olan sərnişin yerindəcə dünyasını dəyişib. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar