BDU-nun tələbəsi öldürüldü

10:09 13-02-2019 6

Fevralın 12-də, saat 20:00 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevi bıçaqlayan şəxs tutulub. 

DİN mətbuat xidmətindən HerGun.Az-a verilən məlumata görə, Rəşad Fətullayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda vəfat edib. 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb. 

Qeyd edək ki, R.Fətullayev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi olub.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar