“Armani Exchange” – gənclər üçün moda aləmi öz qapılarını açdı - FOTO

11:09 13-02-2019 5

Bakıda sevilən İtaliya brendi “Armani Exchange” Zərifə Əliyeva, 27 küçəsində öz ayrıca mağazasını açdı.

Açılışla əlaqədar 9 fevralda mağaza jurnalistlər, bloqerlər və modasevərlərin iştirakı ilə mətbuat konfransı keçirdi. Qonaqlar məkan və yeni kolleksiya ilə tanış oldular, mağaza əməkdaşları və brend nümayəndələri ilə söhbət edib, məlumat aldılar.

“Armani Exchange” yeni butikin açılışını yaz-yay 2019 kolleksiyasının nümayişi ilə qeyd etdi. Kolleksiya özündə strit-stayl, rok-n-roll, və “kollec” üslublarını birləşdirir.

Qadınlar üçün nəzərdə tutulan modellərdə siz incəlik və zərifliklə birlikdə, həm də sərt elementlər tapa bilərsiniz, kişilər üçün modellər isə həm şəhər üslubunun sadəliyini, həm də gündəlik üslubun ciddiliyin özündə cəmləşdirirlər.

Kolleksiyaya dəmir detallı dəri gödəkcələr və ipək bomberlər, xəzli isti parkalar və yüngül cins pencəklər, həmçinin brendin logotipini daşıyan köynək, pulover və aksessuarlar daxildir. Əlvan rənglərdə işlənmiş kolleksiyada qraffiti və tatuajdan ilhamlanmış printlərdən istifadə olunub. Əsas rəng – göy rəngdir, o, həm ziyafət geyimlərində, həm idman üslublu geyimlərdə cəlbedici görünür.

Yeni kolleksiya ilə Zərifə Əliyeva, 27 ünvanında yerləşən butikdə tanış ola bilərsiniz.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar