Bakıda riskli əməliyyat - Yaşlı qadın böyrəyini oğluna verdi

11:36 13-02-2019 7

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) yaşlı qadının böyrəyi oğluna köçürülüb.

RMDM-dən HerGun.Az-a verilən məlumata görə, əməliyyat “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Cərrahın sözlərinə görə, əməliyyatın mürəkkəbliyi böyrəyi bağışlayan ananın donorluq üçün kifayət qədər yaşlı hesab edilməsində olub:

“Resipiyentə donorluq üçün təkcə ana uyğun gəldi. Donorun yaşlı olması əməliyyatın riskini artırırdı. Komandamızın birgə əməyi sayəsində bu riskin öhdəsindən gəldik, əməliyyat uğurla həyata keçirildi. Resipiyent və donor yaxşı vəziyyətdə evə yazıldılar”.

Könül Cəfərli

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar