Şirvan şəhərindəki müəssisənin dövlətə məxsus səhmləri satılıb

18:00 08-06-2021 603

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu gün təşkil olunan növbəti hərracda dörd dövlət əmlakı özəlləşdirilib.

İqtisadiyyat Nazirliyindən HerGun.Az-a verilən məlumata əsasən, özəlləşdirilən kiçik dövlət müəssisələri və yarımçıq tikili Yardımlı, Oğuz və Bərdə rayonlarında yerləşir.

Hərracda Şirvan şəhərindəki “Əli Bayramlı Aqrotəmir” ASC-nin dövlətə məxsus səhm paketi də satılıb. Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz.

Məlumatda bildirilib ki, keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da var.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.