Papadan Maduronun məktubuna cavab

14:27 13-02-2019 17

Roma papası Fransisk Venesuela prezidenti Nikolas Maduronun məktubuna cavab verib. 

Bu barədə “Corriere della Sera” məlumat yayıb.

Pontifik Maduroya cavabında Venesuelada baş verənlərdən son dərəcə narahat olduğunu bildirib. Onun sözlərinə görə, münaqişənin nizamlanması məqsədilə atılmış addımlar hər hansı nəticə verməyib, əldə olunmuş razılaşmalar əməldə yerinə yetirilməyib.

Roma papası Venesuelada vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün hər zaman konstruktiv dialoqun tərəfdarı olduğunu vurğulayıb.

Xatırladaq ki, Venesuela lideri göndərdiyi məktubda pontifikin iqtidarla müxalifət arasında dialoqa vasitəçilik etməsini xahiş etmişdi.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar