Aİ Səudiyyə Ərəbistanının terrorla mübarizəsindən narazıdır

16:00 13-02-2019 13

Avropa İttifaqı Səudiyyə Ərəbistanı ilə bağlı böhrana səbəb olacaq qərar qəbul edib. 

“Haber 7”nin məlumatına görə, qərara əsasən, Səudiyyə Ərəbistanı terrorçuları maliyyələşdirən və çirkli pulların yuyulması ilə mübarizədə uğursuz olan ölkələr siyahısına daxil edilib. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanından başqa, bu siyahıda 22 ölkənin adı var. 

Bunlar Əfqanıstan, Amerika Samoası, Baham adaları, Bostvana, Şimali Koreya, Efiopiya, Qana, Quam, İran, İraq, Liviya, Nigeriya, Pakistan, Panama, Puerto-Riko, Samoa, Şri-Lanka, Suriya, Trinidad və Tobaqo, Tunis, ABŞ Virgin adaları və Yəməndir. 

Samir İsayev

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar