Zərif: SEPAH avtobusunun məhz bu gün partladılması təsadüfi deyil

01:18 14-02-2019 8

İran xarici işlər naziri Cavad Zərif SEPAH avtobusunun partladılmasının Varşavada Yaxın Şərq üzrə konfransın açılışı ilə eyni gündə olmasını təsadüf saymır.

RİA “Novosti”nin məlumatına görə, o bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“İranda terror aktının “Varşava sirki” ilə eyni gündə baş verməsi təsadüfdürmü? Xüsusən də həmin terrorçuları dəstəkləyənlər bu hücuma görə Varşava küçələrində sevinən və sosial şəbəkələrdə dəstəkləyən zaman”.

Bundan öncə Zərif Varşavadakı konfransı “doğuluşdan ölü” adlandırıb və bunu ABŞ-ın İranı əsassız təqib cəhdi kimi xarakterizə edib.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar