Hollivud ulduzu çimərlik geyimində görünüşü ilə pərəstişkarlarını heyran etdi - FOTO

17:20 09-06-2021 599

Hollivud ulduzu Holli Beri çimərlik geyimində görünüşü ilə pərəstişkarlarını heyran edib.

Bununla bağlı şəkli o, özünün “Instagram” hesabından paylaşıb.

“Əgər bikini geyinmək lazımdırsa, mənim cavabım: Hə, əlbəttə!”, - deyə 54 yaşlı aktrisa paylaşdığı fotoya şərh yazıb.

Pərəstişkarları Berinin gözəlliyindən heyranlıqlarını bildiriblər.

“Yaşı 50-dən çox olan qadının bədəninə bir baxın!”, “Zamanın hakim ola bilmədiyi gözəllik”, “Holli, sən inanılmazsan”, “Əla bədənin var”, - kimi şərhlərin yazıldığı paylaşım az müddətdə 100 mindən artıq izləyici tərəfindən bəyənilib.