Boliviya parlamentində əlbəyaxa dava - VİDEO

00:00 10-06-2021 417

Boliviya parlamentində deputatlar və senatorlar arasında əlbəyaxa dava baş verib.

“RİA Novosti” agentliyi xəbər verib ki, qarşıdurmada kişilərlə bərabər, qadın parlamentarilər də iştirak edib.

Kütləvi dava Boliviya Daxili İşlər Nazirinin 2019-cu il dövlət çevrilişi ilə əlaqədar çıxışından sonra başlayıb.

Parlamentdə olan müxalifətçilər nazirdən çıxışını yarımçıq saxlamağı tələb edib. Nəticədə parlamentdə olan hakim partiyanın nümayəndələri ilə müxalifətçilər arasında qarşıdurma yaşanıb.