“Aztelekom”da yeni TƏYİNATLAR

12:40 10-06-2021 537

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Aztelekom” MMC-nin baş direktoru vəzifəsinin müvəqqəti icraçısı Samir Məmmədov iki müşavir təyin edib.

HerGun.Az-ın məlumatına görə, “Aztelekom”da müşavir vəzifəsi Cəfər Yusifov və Orxan Cavadlıya həvalə olunub.

Qeyd edək ki, Samir Məmmədov “Aztelekom” MMC-də sabiq baş direktor Suat Paşayevi müvəqqəti əvəz etməklə yanaşı, eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 2021-ci ildən aparat rəhbəri vəzifəsini icra edir.