“Mançester Yunayted” “Çelsi”ni darmadağın etdi

00:00 12-08-2019 741

“Mançester Yunayted” futbol üzrə İngiltərə Premyer Liqasının birinci turunda “Çelsi”ni məğlub edib.

Lenta.ru-nun verdiyi xəbərə görə, bazar günü, avqustun 11-də “Old Trafford” stadionunda keçirilən matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Birinci qolu 18-ci dəqiqədə Markus Raşford vurub, o, penaltini dəqiq icra edib. 65-ci dəqiqədə Antoni Marsyal fərqlənib, iki dəqiqə sonra isə Paşford növbəti qolunu vurub. “Zadəganlar”ın qapısından sonuncu topu Daniel Ceyms keçirib. İki səmərəli ötürməni isə Pol Poqba edib.

İkinci turda “MançesterYunayted” avqustun 19-da səfərdə “Vulverxempton”la qarşılacaq.

Bir gün əvvəl isə “Çelsi” öz meydançasında “Lester”i qəbul edəcək.