Yanğında uşaqlar həlak oldu

02:27 12-08-2019 676


ABŞ-ın Pensilvaniya ştatındakı uşaq bağçalarından birində baş verən yanğında 5 uşaq həlak olub.

CBC NEWS-un yerli hüquq-mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, hadisə avqustun 11-i, bazar günü Erie şəhərində baş verib.

Ölən uşaqların ən kiçiyi 8 aylıq olub, onlardan ən böyüyünün 7 yaşı vardı. 

Hadisə nəticəsində yetkin yaşlarında olan iki nəfər də zərər çəkib, onların arasında bağçanın sahibi də var.

Yanğının səbəbləri barədə heç bir məlumat verilmir. Hazırda polis hadisənin baş vermə səbəblərini  müəyyənləşdirir.