Məscidlərdə bayram namazı - FOTOREPORTAJ

12:36 12-08-2019 8

Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur.

Bu münasibətlə səhər saatlarında məscidlərdə bayram namazı qılınıb.

Bayram namazı saat 09:00-da başlasa da, sübh tezdən məscidə yüzlərlə insan axışıb. İnsanlara bu günün tarixi ilə bağlı məqamlar, dinin, imanın gözəlliyindən, dürüstlükdən bəhs edən ibrətamiz hekayələr danışılıb.

Qurban bayramı Həcc ayinlərindən biri sayılır. Bu gün hacıların qurban kəsməsi vacibdir. Ümumulikdə isə hər insanın qurban kəsməsi dini baxımdan vacib deyil.

İnsanlar bu bayramın fəlsəfəsinə uyğun olaraq bir-birilərinə yardım edirlər. Kəsilən qurbanların imkansız ailələrə verilməsi daha məqbul hesab edilir.

Allaha yaxın olmaq, Allahın buyurduğu kimi yaşamaq, insanlara faydalı olmaq ən gözəl ibadətdir.

Qurban bayramınız mübarək!

Könül Cəfərli
FOTO: Ramil Zeynalov