Ağstafada Rusiya nömrəli maşın aşdı: yaralılar var - FOTO/VİDEO

16:00 12-08-2019 595

Ağstafada yol qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, Vüqar Bayramovun idarə etdiyi Rusiya dövlət nömrə nişanlı “Nissan Tida” markalı avtomobil yol kənarına aşıb.

Nəticədə 1966-cı il təvəllüdlü Qasımov Fərhad Səməndər oğlu və 1962-ci il təvəllüdlü Misirov Arif Səfər oğlu müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.

Nazir Quliyev