Neymar “Barselona”ya qayıda bilər

20:27 12-08-2019 741

PSJ futbol klubunun və Braziliya millisinin hücumçusu Neymar “Barselona”ya qayıda bilər.

Bu barədə RMCsport məlumat yayıb.

Məlumata görə, daha əvvəl futbolçuya görə 222 milyon avro tələb edən parislilər mövqelərini dəyişiblər. Hazırda klub məbləği azaldaraq, əvəzində başqa bir güclü futbolçu əldə etməyi düşünürlər. Nəzərdə tutduqları oyunçu isə “Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyodur.

Razılaşmanın reallaşa bilmə ehtimalını yüksəldən səbəblərdən biri də Neymarın özünün də eks-komandasına qayıtmaq istəyidir.

PSJ-nin gələn həftə rəsmi təklif edəcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Neymara “Real Madrid” klubundan da təklif gəlmişdi.