Goranboyda yol qəzası - ölən və yaralananlar var

00:00 13-08-2019 373

Goranboyda ağır yol qəzası baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Güloğlan Hümmət oğlu Tağıyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində onun atası, 1940-cı il təvəllüdlü Hümmət İbrahim oğlu Tağıyev hadisə yerində ölüb.

Qəza zamanı sürücü və onun oğlu, 1995-ci il təvəllüdlü Tağıyev Xaliq Güloğlan oğlu isə müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.