Ronaldu Zidanla olan münasibətlərindən danışıb

02:09 13-08-2019 662

“Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu Zinəddin Zidanla “Real Madrid”də keçən iş təcrübəsini xatırlayıb.

Portuqaliyalı idmançının sözlərini Goal.Com onun DAZN-a olan müsahibəsinə istinadən təqdim edib.

Ronaldu qeyd edib ki, Zidan “Real Madrid”in baş məşqçisi təyin olunandan sonra ona simpatiyası daha da artıb. Futbolçu Zidanın həmişə ona inanıb etibar etdiyini də vurğulayıb.

“Buna görə də mən həmişə ürəyimdə onunla olan dostluğumu saxlayacağam”, - deyən Ronaldu qeyd edib ki, Zidan həqiqətən yaxşı insan və mükəmməl məşqçidir.

Qeyd edək ki, Ronaldu və Zidan 2016-2018-ci illərdə birlikdə “Real Madrid” komandasında çalışıblar. Bu dövrdə İspaniya çempionatında və üç dəfə Çempionlar Liqasında qalib olublar. 2018-ci ilin mayında Z.Zidan baş məşqçi postundan istefa verib. İki ay sonra isə Ronaldu da komandanı tərk edib.