Minik avtomobili tuneldə yanacaq daşıyan maşınla kranın arasında qaldı – ANBAAN VİDEO

07:20 18-07-2021 327

Türkiyənin Artvin vilayətində qaydaları kobud şəkildə pozaraq tuneldə ötmə əməliyyatını yerinə yetirən sürücünün avtomobili yanacaqla dolu tankerlə kranın arasında qalıb.

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, dəhşətli qəza tunelin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Verilən ilkin məlumata əsasən, minik avtomobilində üç nəfər olub. Onların ciddi xəsarət almadığı bildirilir.