Binəqədidə yaşayış binası yanıb - FOTO

01:45 15-03-2019 10

Bakının Binəqədi rayonunda 5 mərtəbəli yaşayış binasında yanğın baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Amay Kumambayev 18 A ünvanında qeydə alınıb. 

İlkin ehtimallara görə, yanğın ikinci mərtəbədə, elektrik naqillərindəki nasazlıq səbəbi ilə başlayıb. 

Hadisə zamanı xəsarət alan olmayıb. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​