Bakıda mənzildən kişi meyiti aşkarlandı
19:40 18-07-2021 364
Bakı şəhərində mənzildən meyit tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Təhməzov Şamil Şamil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.