Rövşən Rzayev sürüşmə zonasında yaşayan məcburi köçkünlər barədə

12:36 15-03-2019 15

Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi gələcəkdə mümkün ola bilər. 

HerGun.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, həmin insanların indiki zamanda köçürülməsi ilə bağlı rayon icra hakimiyyəti qərar verməlidir.

Komitə sədri bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürür.

“Gələcəkdə isə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. Bununla bağlı rayon icra hakimiyyəti qərar verməlidir”, - deyə, o əlavə edib.

Kamil HƏMZƏOĞLU