Hindistanda sürüşmə nəticəsində 25 nəfər ölüb - VİDEO

04:00 19-07-2021 401

Hindistanın Mumbai şəhərində təbii fəlakət nəticəsində çox sayda insan tələfatı qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, ölkənin Maharaştra ştatı mərkəzində baş vermiş sürüşmə 25 insanın ölümünə səbəb olub.

Sürüşmə leysan yağışlar nəticəsində meydana gəlib.

Hadisə səbəbindən bəzi evlərin divarlarının uçulması isə ciddi insan tələfatına gətirib çıxarıb.

Ölənlərin sayının artacağı istisna edilmir.